Gürcüstanda dövlət bayraqları endirildi

  • By Günel
  • 25 Fevral 2025 09:14

Bu gün Gürcüstanda sovet işğalının 104-cü ildönümü tamam olur.

Gununsesi.info xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament, ölkə üzrə bütün dövlət qurumlarının və xaricdəki diplomatik nümayəndəliklərin binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan edilib.(Teleqraf)

Gununsesi.info