Baş hakim Messidən avtoqraf istədiyi üçün yarım illik cəza aldı

  • By Günel
  • 24 Fevral 2025 23:05

CONCACAF Çempionlar Liqasında “İnter Mayami” və “Kanzas Siti” komandaları arasındakı oyunu idarə etmiş baş hakim Marko Ortis cəzalandırılıb.

Gununsesi.info bildirir ki, Teleqraf ESPN-ə istinadən xəbər verir ki, səbəb final fitindən sonra referinin meydan sahiblərinin futbolçusu Lionel Messiyə yaxınlaşaraq, məhdud imkanlı qohumu üçün avtoqraf istəməsidir.

Messi etiraz etməsə də, Ortisin hərəkətinin turnirin oyunları zamanı rəsmi şəxslərin davranış qaydalarına uyğun olmadığı bildirilib. Nəticədə o, nəinki CONCACAF, hətta Meksika çempionatının oyunlarından yarım illik uzaqlaşdırılıb.

Gununsesi.info