Fransanın ən böyük uşaq istismarı məhkəməsi başladı

Fransada əksəriyyəti uşaq olmaqla 299 nəfərə cinsi istismarda ittiham olunan həkimin məhkəməsi bu gün başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçmiş cərrah 25 il ərzində bir çoxu anesteziya altında olan 299 xəstəni zorlamaqda ittiham olunur.

İddialara görə, cərrahın evində axtarış zamanı tapılan gündəliklərində onun zorlama və hücumlarının təfərrüatları qeyd olunub, qurbanlarının siyahısı xronoloji ardıcıllıqla verilib.

Morbihan Cəza Məhkəməsində 4 ay davam edəcəyi gözlənilən prosesdə yüzlərlə zərərçəkmiş ifadə verəcək.

İş 1989-2014-cü illər arasında orta hesabla 11 yaşında olan 158 oğlan və 141 qıza qarşı cinsi istismar iddialarını araşdıracaq.

İstintaq sənədlərinə görə, pedofil həkim uşaqlara xəstəxana otaqlarında tək olarkən cinsi təcavüz edib, bəzi xəstələr isə anesteziya altında olarkən cinsi istismara məruz qalıb.

Orxan

Gununsesi.info