
Cənubi Koreya faciəvi qəzaya səhnə olub. Tikintisi davam edən magistral körpünün uçması nəticəsində 3 fəhlə həyatını itirib, 5 nəfər isə yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, insident yerli vaxtla saat 09:50 radələrində Seuldan təxminən 80 kilometr cənubda, Çeonan şəhəri yaxınlığında baş verib.
Seul-Sejonq ekspress yoelunda tikilməkdə olan körpü 50 metr hündürlüyündə beş yükdaşıyıcı tirin uçmasından sonra uçub.
Hadisə zamanı tikintidə olan 8 fəhlə uçan körpünün altında qalsa da, bölgəyə çoxlu axtarış-xilasetmə və tibbi qruplar göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, 3 işçi həyatını itirib, 5 nəfər isə yaralanıb. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Orxan