
Almaniyanın yeni kansleri olacağı gözlənilən Fridrix Merz İsrailin baş naziri Binyamin Netanyahunu ölkəyə dəvət etdikdən sonra tənqid hədəfinə çevrilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyada keçirilən seçkilərdən qalib çıxan Xristian Birlik (CDU/CSU) partiyasının baş nazirliyə namizədi və Xristian Demokrat İttifaqının (CDU) lideri Merz seçki qələbəsindən sonra Netanyahu ilə telefonla danışıb.
Ona qarşı beynəlxalq həbs qərarı olan Netanyahu haqqında “Mən söz vermişdim ki, onun Almaniyaya səfəri və həbs olunmadan yenidən getməsi üçün yollar və vasitələr tapacağıq”.
Amnesty İnternational X sosial media platformasında Merz-ə reaksiya verib.
Fridrix Merzin gələcək baş nazir kimi yaxşı başlamadığı bildirilən bəyanatda bu ifadələrə yer verilib: “Bundestaq seçkiləri axşamı Merz Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılan Benyamin Netanyahunu Almaniyaya dəvət edir. Bu, açıq şəkildə qanunu pozmağa çağırışdır”.
Orxan