
Macarıstanın Baş naziri Viktor Orban, Avropanın ən əhatəli vergi azaltma proqramını həyata keçirəcəklərini, 2 və 3 uşaqlı analar üçün ömürlük gəlir vergisindən azad edəcəklərini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Orban Macarıstan Milli Məclisində hökumətin bu il iqtisadi sahədə atacağı addımlarla bağlı açıqlamalar verib.
2025-ci ili sıçrayış ili olaraq xarakterizə edən Orban bildirib:
“Avropanın ən əhatəli vergi azaltma proqramını da həyata keçirəcəyik. Mən bunu sıçrayış adlandırıram. 2 və 3 uşaqlı anaları tam, ömürlük gəlir vergisindən azad edirik”.
Orban qeyd edib ki, tənzimləmə üç uşaqlı analar üçün 2025-ci ilin oktyabrında, iki uşaqlı analar üçün isə 2026-cı ilin yanvarında qüvvəyə minəcək.
Günel Həsənova