
Venesiyaya tətilə gedən yaşlı cütlük həyatlarının ən qorxulu səyahətini ediblər. Onlar təyyarədə ölən biri ilə çiyin-çiyinə səyahət ediblər… Həm də yan oturacaqlarda.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Venesiyaya romantik tətilə gedən avstraliyalı cütlük Mitçel Rinq və Cennifer Kolin cəsəd olan təyyarədə saatlarla vaxt keçiriblər. Təyyarədə həyatını itirən qadını onların yanındakı oturacaqda əyləşdirən işçilər cütlüyün səyahət boyu qorxu anları yaşatmasına səbəb olub.
Təyyarədə tualetə getdikdən sonra yıxılan sərnişini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Daha sonra ölən qadını ədyala bükərək yaşlı cütlüyün yanında qoyublar. Onların etirazlarına baxmayaraq, ölən şəxslə uzun yola getməli olan cütlük həmin anların görüntülərini də lentə alıblar.
Cütlük bildirib ki, məmurlar ölən qadının iri cüssəli olduğu üçün onu dəhlizdən keçirə bilməyiblər, ona görə yanlarındakı oturacaqda yerləşdirilib və Dohaya uçuş dörd saat beləcə davam edib.
Cütlük hadisədən aldıqları travma səbəbi ilə aviaşirkətə şikayət ediblər.
Günel Həsənova