
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ən azı 160 Qəzza tibb işçisi, o cümlədən 20-dən çox həkim İsrail həbsxanalarında saxlanılır.
Gununsesi.info xarici mediaya istindn xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri tibb işçilərinin sağlamlığı və təhlükəsizliyi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.
Səhiyyə işçiləri döyüldüklərini, ac qalmalarını və əsas gigiyenadan məhrum olduqlarını təsvir edirlər.
HWW direktoru Muath Alser, “İsrailin tibb işçilərini bu şəkildə hədəf alması fələstinlilərə səhiyyə xidmətinin çatdırılmasına dağıdıcı təsir göstərir, şiddətli əzablara, qarşısı alına bilən çoxsaylı ölümlərə və bütün tibbi ixtisasların effektiv şəkildə aradan qaldırılmasına səbəb olur” deyib.
Ümumdünya Səhiyyə Təşkilatı İsrail həbsxanalarında məhbusların müntəzəm olaraq zorakılıq və pis rəftara məruz qalması ilə bağlı xəbərlərdən sonra “İsrail nəzarətində olan fələstinli tibb işçilərinin rifahı və təhlükəsizliyindən dərin narahat olduğunu” bildirib.
Orxan