
Politico-nun məlumatına görə, paytaxt Kiyevdə olan fon der Leyen Ukraynanın AB-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Von der Leyen Ukraynanın üzvlük istiqamətindəki “irəliləyişini” təqdir edərək deyib:
“Göstərilən siyasi iradəni həqiqətən yüksək qiymətləndirirəm. Hətta deyərdim ki, Ukraynanın ləyaqətə əsaslanan prosesi bu tempdə və keyfiyyətlə davam edərsə, 2030-cu ildən əvvəl baş verə bilər”.
Ukrayna Rusiyanın hücumundan 4 gün sonra, 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət etmiş və 23 iyun 2022-ci ildə namizəd statusunu almışdır.
2023-cü il dekabrın 23-də Aİ-nin zirvə toplantısında üzvlük danışıqlarına başlamaq qərarı verilsə də, Macarıstanın vetosunu uzun müddət aşmaq mümkün olmayıb.
25 iyun 2024-cü ildə danışıqların rəsmi başlaması ilə Aİ müraciət tarixindən 2,5 il keçdikdən sonra ilk dəfə bir ölkə ilə danışıqlara başlamaq qərarına gəldi və eyni zamanda ilk dəfə olaraq əslində müharibə vəziyyətində olan bir ölkə ilə danışıqlar masası arxasına oturdu.
Orxan