
Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukraynada mümkün sülh “Ukraynanın təslim olması demək deyil”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Makron Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransı keçirib.
Makron təxminən 5 il əvvəl baş verən yanğından sonra bərpa işlərinin tamamlandığı Parisdəki Notr-Dam Katedralinin dekabr ayında açılış mərasimində iştirak etdiyi üçün Trampa təşəkkür edib və ABŞ-a səfəri zamanı geosiyasi məsələlərin prioritet olduğunu bildirib.
Ukraynanın Rusiyaya qarşı müqavimətinin hər kəs tərəfindən təqdir edildiyini bildirən Makron 3 ildir davam edən müharibə ilə bağlı “Heç kim güclülərin qanununun keçdiyi bir dünyada yaşamaq istəməz” deyib.
Digər tərəfdən, Makron Trampın Ukrayna üçün sülh qurmaq istəyini bölüşdüklərini və ABŞ prezidenti ilə görüşlərində bu mövzuda ciddi irəliləyiş əldə etdiklərini qeyd edib.
Makron həmçinin Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyindən məmnun olduğunu bildirib.
Ukraynada sülhün “həyatları xilas etmək üçün bir zərurət” olduğunu qeyd edən Makron, “Sülh Ukraynanın təslim olması demək deyil və atəşkəs (təhlükəsizlik) zəmanəti olmadan əldə edilə bilməz” deyib.
Orxan