
“Rusiya ABŞ-a nadir torpaqlar sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə bu ehtiyatlar Ukraynadan da çoxdur”, – Rusiya prezidenti Vladimir Putin deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Putin Trampın Zelenski ilə bağlı açıqlamalarına “İnanıram ki, Tramp Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir. Bu təşəbbüs Rusiyadan daha çox Ukraynanın maraqlarına cavab verir” ifadələrdən istifadə edib.
Putin Rusiya dövlət kanalı “Rossiya-24”ə cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə prezident seçkiləri ilə bağlı göstəriş verdiyinə diqqət çəkən Putin, “Trampın Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istədiyinə inanıram. Bu təşəbbüs Rusiyanın deyil, Ukraynanın marağındadır” deyib.
Trampın Rusiya kimi Ukraynada da sülh istədiyini ifadə edən Putin, “Bu, Ukraynanın və Ukrayna dövlətinin xeyrinədir. Bizim Ukrayna dövlətinin qorunub saxlanmasına etirazımız yoxdur” deyib.
Rusiya məlumatlarına görə, Zelenskinin prezident olmaq şansının aşağı olduğunu bildirən Putin, “Onun səs payı ən yaxın siyasi rəqibi, Londona sürgün edilmiş Ukraynanın keçmiş Baş Qərargah rəisi Valeri Zalujnidən düz iki dəfə çoxdur” deyib.
Avropalı rəsmilərin Ukraynadakı proseslərdən xəbərsiz olduğunu deyən Putin, “Avropalılar çox şey vəd ediblər və indi onların itkisiz bu yanaşmadan uzaqlaşması çox çətindir” deyib.
BRİKS üzvlərinin Ukrayna ilə bağlı fikirlərini dəyərləndirdiklərini ifadə edən Putin bu məsələni Çin sədri Si Cinpinlə də müzakirə etdiyini və tezliklə Nyu-Yorkda məsləhətləşmələrin aparılacağını qeyd edib.
Orxan