“Sığınacaqlarda qalın” xəbərdarlığı

Ukrayna səhər saatlarından raket hücumlarına qarşı hazır vəziyyətdədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları Rusiya tərəfindən atılan raketlərlə bağlı xəbərdarlıq etdiyi üçün Ukraynanın əksər ərazilərində hava hücumu xəbərdarlığı edilib.

“Təhlükə keçənə qədər sığınacaqlarda qalın”, – Kiyev vilayətinin hərbi administrasiyası bildirib.

Ukraynanın paytaxtı Kiyev qubernatoru Nikolay Kalaşnik Rusiyanın Kiyevə hava hücumu təşkil etdiyini və 44 yaşlı qadının yaralandığını açıqlayıb. Qubernator hücumda bir neçə evin də zərər gördüyünü bildirib.

“O, ayağından yaralanıb və xəstəxanaya aparılıb”, – Kalaşnik Telegram mesajlaşma proqramında yazıb.

Fastiv bölgəsində də evlərə ziyan dəydiyi bildirilir.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi gecə ərzində 19 Ukrayna pilotsuz təyyarəsinin ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Gununsesi.info