Bakıda “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim keçirildi - FOTOLAR

  • By Günel
  • 24 Fevral 2025 19:36

 21 fevral  2025-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER), Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramı  keçirilib.

Gununsesi.info xəbər verir ki, ASA-nın icraçı direktoru Elmar Mirsalayevin, SER-in sədri  i.f.d. Ruslan Atakişiyevin  və Alizadeh şirkətinin direktoru Kazım Mustafazadənin  açılış nitqlərindən sonra söz Türkiyədən dəvət olunmuş Türkiyənin ilk İslam sığortası şirkəti olan Neova Sığortanın həmtəsisçisi Dr. Yunus Emre Gürbüzə verildi.

Dr. Y.E. Gürbüz “İslam sığortası – Təkafulun mahiyyəti, dövlət nəzarəti və tənzimlənməsi, şəriətə uyğunluğun idarə olunması kimi mözularda çıxış edib. Bundan sonra O, Türkiyə timsalında həyat və qeyri-həyat sığorta, həyat təqaüd, təkrar sığorta məhsul istiqamətlərindən danışdı. O, bildirdi ki, Türkiyə İslam sığorta bazarında İslam sığorta şirkətlərinin sayı artıq 15-ə yaxın, onların payı isə 7%-ə çatmışdır. Əsas məhsullar içərisində Kasko, Qəza, kənd təsərrüfatı, yanğın, təbii fəlakət sığortaları olmuşdur. Neova, Bərəkət, Unico, Doğal və s. İslam sığorta şirkətlərindən praktiki misallar gətirmişdir.

Təlimdə Azərbaycan Mərkəzi Bankının əməkdaşları, Qala sığorta, Azərbaycan Sənaye sığortası, Atəşgah sığorta, ATB bankın nümayəndələri, sahibkarlar və elmi işcilər iştirak edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.