Zelenski İspaniyanın Baş naziri ilə görüşdü

  • By Günel
  • 25 Fevral 2025 08:28

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında bildirib.

O, görüşdə sülh danışıqları və təhlükəsizliyin təminatı, müdafiə ehtiyacları və müştərək istehsal, ispan şirkətlərinin Ukraynanın bərpası işində iştirak və digər məsələlərin müzakirə oldunduğunu bildirib.

Zelenski eyni zamanda 1 milyard avro dəyərində hərbi yardım üçün ispan xalqına təşəkkür edib.

Gununsesi.info