Təyyarə pilotunu 35.000 fut yüksəklikdə tarantula dişləyib, sərnişinlər çaxnaşmaya düşüb

İspaniyanın İberia aviaşirkətinə məxsus təyyarənin pilotunu 35 min fut hündürlükdə tarantula dişləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, allergik reaksiyası olan pilotun müalicəsi üçün uçuş gecikdirilib və insident sərnişinlər arasında panika yaradıb.

Düsseldorfdan Madridə uçan sərnişin təyyarəsi pilotun tarantula dişləməsinə allergik reaksiya verməsindən sonra xaosa atılıb.

Hadisə cümə günü günorta saatlarında Düsseldorfdan Madridə uçan Iberia Airbus A320 təyyarəsində baş verib. Tarantulanın həftənin əvvəlində Mərakeşin Kasablanka şəhərində dayanma zamanı təyyarəyə daxil olduğu güman edilir.

Təyyarə Madridə çatan zaman pilota dərman vurulub , lakin bu proses 3 saat gecikməyə səbəb olub. 

İspaniyanın “La Voz de Galicia” qəzeti Viqoya gedən təyyarədə bəzi sərnişinlərin yeni hörümçəklərin peyda olmasından qorxaraq daim oturacaqlarını və keçidlərini yoxladığını yazıb.

Bu hadisə son vaxtlar aviasiya dünyasında baş verən yeganə heyvan hadisəsi deyil. Keçən ilin noyabrında 130-dan çox hamster qəfəslərindən qaçdıqdan sonra təyyarə beş gün müddətinə uçuşdan kənarda qaldı. Yanvar ayında Taylandda daxili reysin göyərtəsində diri ilan tapılmışdı.

İberiya rəsmiləri pilotun sağlamlıq vəziyyətinin yaxşı olduğunu və təyyarələrdə heyvanlarla bağlı insidentlərin qarşısını almaq üçün yeni tədbirlərin görülə biləcəyini açıqlayıb.

Orxan Saffari

Gununsesi.info