Almaniyada iki ictimai avtobus toqquşub: - 35 yaralı

Almaniyanın Saarbrüken şəhərinin Eşberq rayonunda iki ictimai avtobus toqquşub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Breslauer küçəsində baş verən qəzada 5-i ağır olmaqla 35 nəfərin yaralandığı bildirilib.

Hadisə yerinə çoxlu sayda tibb və xilasetmə qrupu göndərilərkən, xilasedici helikopter də bölgəyə gəlib.

Qəzanın baş verdiyi magistral avtomobillərin hərəkətinə bağlanıb.

Gununsesi.info