Uçan avtomobillər realdır: - 3 mindən çox ön sifariş

ABŞ-da yerləşən Alef aviasiya şirkəti hazırladığı uçan avtomobilin yeni şəkillərini yayımlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, rəsmilər “Uçan avtomobillər artıq xəyal deyil, onlar realdır və işləyirlər!” texnologiyada yeni çığır açdıqlarını açıqladı.

ABŞ-ın “Alef” aviasiya şirkəti tərəfindən hazırlanmış uçan avtomobil Kaliforniyada sınaq uçuşunda müvəffəqiyyət qazanıb.

Quruda 320 kilometr, havada isə 180 kilometr məsafə qət edə bilən avtomobil, karbon lifli kuzovu və kuzovun altındakı pervaneleri ilə diqqət çəkir. Elektrikli avtomobil quru və hava nəqliyyatında yeni bir dövr başlatmağı hədəfləyir.

Mütəxəssislərin fikrincə, milyonlarla uçan avtomobilin istifadəsi ilə yollarda problemlər azalacaq və insanlar vaxtlarından daha səmərəli istifadə edə biləcəklər. Lakin bu inqilab yeni infrastruktur və qaydalar tələb edəcək, çünki magistrallar indi göydə olacaq.

Kaliforniyada fəaliyyət göstərən Alef şirkəti tərəfindən hazırlanmış iki nəfərlik uçan avtomobil bu yaxınlarda Barselonada keçirilən Mobil Dünya Konqresində təqdim edilib. Böyük marağa səbəb olan avtomobilin ön sifariş qiyməti 300 min dollar olaraq açıqlanıb. Şirkət rəsmiləri artıq 3000-dən çox sifariş aldıqlarını və istehsal gücü artdıqca qiymətin də aşağı düşəcəyini bildiriblər.

İlk sürücülük və uçuş testləri 2019-cu ildə başlayan Zero-nun qarşıdakı aylarda kütləvi istehsala keçməsi planlaşdırılır. Səlahiyyətlilər, avtomobilin xüsusilə axtarış-xilasetmə əməliyyatlarında böyük fayda verəcəyini vurğulayır.

Orxan

Gununsesi.info