Premyer Liqada 2 matçın vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının 25-ci turunun iki oyununun vaxtı dəyişdirilib.

 Gununsesi.info xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq 4 mart tarixdə baş tutacaq “Turan Tovuz”  – “Zirə” və “Sabah”  – “Araz  Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib.

Hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.

 Gununsesi.info