Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.

C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

23 may

A qrupu

12:45. Mavritaniya – Bəhreyn
20:45. Sloveniya – Azərbaycan

B qrupu

14:00. Fransa – Özbəkistan
16:30. Çad – Rumıniya

C qrupu

15:15. İngiltərə – Macarıstan
19:30. Ukrayna – Türkiyə

D qrupu

18:15. Bolqarıstan – Hindistan
22:00. Portuqaliya – Slovakiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Gununsesi.info