
Ukrayna cəbhədə atəşkəsə nail olmaq üçün maksimum sürətli addımlar atmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində bildirib.
“Ukraynanın marağı müharibəni uzatmaq deyil, lakin vəziyyətin hər cür inkişafına hazır olmaqdır. Dünya üçün aydındır ki, məhz Rusiya müharibənin hələ də davam etməsində günahkardır. Ukrayna maksimum sürətli addımlara – real atəşkəsə və yeni təhlükəsizlik arxitekturasının qurulmasına hazırdır. Biz öz tərəfimizdən buna hazırıq. Rusiyanın da hazır olması lazımdır. Hazırda bu hazırlıq yoxdur və dünyanın təzyiqi olmadan bu dəyişməyəcək”, – dövlət başçısı bildirib.
Prezident hərbçilərlə cəbhədəki vəziyyətlə bağlı, həmçinin gələcək fəaliyyətlərlə bağlı uzun müşavirə keçirdiyini bildirib.
“Baş komandan Sırski, Baş Qərargah rəhbəri Qnatov, bütün kəşfiyyat xidmətləri, Müdafiə Nazirliyi ilə cəbhədəki vəziyyəti, perspektivlərimizi, gələcək fəaliyyətimizi müzakirə etdik. Biz həmçinin növbəti texniki görüşü müzakirə etdik. Biz görüşün mümkün qədər tez baş tutması üçün çalışırıq”, – Zelenski vurğulayıb.