
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsselə səfəri, bölgədə cərəyan edən geosiyasi proseslər və regional dinamika fonunda strateji məna kəsb edir.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmlar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Əliməmməd Nuriyev səfərin zamanlamasının təsadüfi olmadığını bildirib:
“Bu görüşlər Ermənistanla sülh müqaviləsi danışıqlarının intensivləşdiyi, Zəngəzur dəhlizi və konstitusion dəyişikliklərlə bağlı gərginliyin yaşandığı bir mərhələyə təsadüf edir. Məhz belə bir həssas dövrdə Brüsselə diplomatik səfər, Azərbaycanın mövqeyinin qabaqlayıcı şəkildə çatdırılması baxımından əhəmiyyətlidir. Avropa İttifaqı bu səfərlə mühüm siyasi mesaj verir. Aİ rəsmisi Belen Martines Karbonellin “Avropa İttifaqı regionda sülhə sadiqdir” bəyanatı, Brüsselin Bakı ilə tərəfdaşlığa verdiyi önəmi göstərir. NATO ilə münasibətlərin dərinləşməsi fonunda bu səfər xüsusi anlam daşıyır. Brüsseldə keçirilən görüşlər NATO-nun Azərbaycanı sabit və etibarlı tərəfdaş kimi qəbul etdiyinin göstəricisidir. Bu səfər diplomatik sinxronizasiyanın nümunəsidir. Hikmət Hacıyevin bu danışıqları Azərbaycanın Avropa siyasi təhlükəsizlik arxitekturasında yerini daha da möhkəmləndirməklə yanaşı, Ermənistanın beynəlxalq müstəvidə yaratmağa çalışdığı birtərəfli dezinformasiya fonunda Bakı üçün çevik və balanslı cavab platforması rolunu oynayır.
Günel