Vahid Ələkbərovun oğlu Rusiya milyarderləri arasında birincidir

“Forbes” jurnalı Rusiya milyarderlərinin potensial varislərinin reytinqini tərtib edib.

Gununsesi.info xəbər verir ki, “Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov 28,7 milyard dollar potensial mirası ilə siyahıya başçılıq edir. Ona neft şirkətinin 28,3% səhmi çata bilər.

Siyahıda növbəti yerləri Viktoriya Mixelson (“Novatek” və “Sibur”un həmsahibinin qızı), Vladimir Lisinin övladları, Tara və Adrian Melniçenko (“Evroxim” və SUEK-in sahibinin uşaqları), Natalya Brauninq, Kseniya Frank və İvan Timçenko (“Stroytransqaz”ın həmsahibinin uşaqları) tuturlar.

 

Qeyd edək ki, “Forbes” jurnalının siyahısına görə, Vahid Ələkbərov ən varlı rusiyalı olaraq qalmaqdadır. 2025-ci ildə rusiyalı milyarderlərin ümumi sərvəti 625,5 milyard dollar təşkil edib.