Müdafiə Nazirliyi “Rusiya Dəmir Yolları”nı məhkəməyə verdi – 2,5 milyon manatlıq iddia

Rusiya Müdafiə Nazirliyi “Rusiya Dəmir Yolları” ASC-yə qarşı Moskva Arbitraj Məhkəməsində ümumilikdə 30,7 milyon rubl (640 min AZN) məbləğində bir neçə iddia qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

May ayında təqdim edilmiş səkkiz ərizədən bəziləri artıq qəbul edilib. İddiaların təfərrüatı açıqlanmır. İddialar yalnız maliyyə mübahisələri ilə bağlıdır.

Daha öncə – bu il martın 31-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Dəmir Yolları”na qarşı ümumilikdə 90 milyon rubldan (1,8 milyon manatdan) çox məbləğdə bir sıra iddialar qaldırıb.

Gununsesi.info