
İsrailin baş naziri Netanyahu daxili kəşfiyyat agentliyi Şin Bet üçün yeni direktor təyin edib. Daha əvvəl Ronen Barı vəzifəsindən azad edən Netanyahu, eyni vəzifəyə general-mayor David Zini təyin edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun David Zini-ni Şin Bet-in direktoru təyin etməsi reaksiyalara səbəb olub. Hüquqi proses tamamlanmadan həyata keçirilən təyinat İsrail mətbuatında geniş işıqlandırılıb.
İsrail dövlət televiziyası KAN Netanyahunun bu addımının prokurorun qərarı ilə ziddiyyət təşkil etdiyini bildirib. Netanyahunun qərarına İsrail müxalifəti də reaksiya verib.
Ana müxalifət lideri Yair Lapid sosial media hesabında etdiyi paylaşımda vəziyyəti maraqların toqquşması kimi qiymətləndirib.
Netanyahu etimadsızlıq səbəbiylə Ronen Barı vəzifəsindən azad etmək qərarına gəlib. İsrail Ali Məhkəməsi Shin Bet-in keçmiş direktoru Ronen Barın özbaşına işdən çıxarılmasını qanunsuz hesab edib.
Orxan