Cənubi Koreyada ən ölümcül qəzanın baş verdiyi hava limanı yenidən açılıb

Cənubi Koreyada Jeju Air təyyarəsinin eniş zamanı nəzarətdən çıxması və 179 nəfərin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında 56 günlük fasilədən sonra uçuşlar bərpa edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib .

Bu çərçivədə hava limanında 56 günlük fasilədən sonra tibbi və təhsil məqsədləri üçün uçuşlar bərpa edilib.

Hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmələr üçün aprelin 18-dək təxirə salınıb.

Orxan

Gununsesi.info