Cənubi Koreyada əhali xəbərdarlığı: - 49 məktəb bağlanacaq

Cənubi Koreyada əhalinin azalması səbəbindən ilin sonuna kimi 49 məktəbin bağlanacağı açıqlanıb. Bildirilib ki, bağlanması planlaşdırılan məktəblərin 88 faizi kənd yerlərindədir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hökumət məlumatlarına görə, şagird çatışmazlığı səbəbindən bağlanan məktəblərin sayı son illərdə sürətlə artaraq 2023-cü ildəki 22-dən 2024-cü ildə 33-ə yüksəlib.

Paytaxt Seulda bağlanma təhlükəsi ilə üzləşən heç bir məktəb olmasa da, Seulun ətrafındakı ən sıx məskunlaşan əyalət olan Gyeonggidə altı məktəb bağlanma təhlükəsi ilə üz-üzədir.

Bağlanacaq 49 məktəbdən 38-i ibtidai, 8-i orta, 3-ü isə tam orta məktəbdir.

Orxan

Gununsesi.info