Fransadakı Rusiya konsulluğunda partlayış baş verdi: - Molotof kokteyli atdılar...

Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi xəbər verib.

Fransa mətbuatı konsulluğa iki molotof kokteyli atıldığını açıqlayıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Partlayışın konsulluğun içərisində baş verdiyi deyilir.

Polisin məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Hücumun Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümünə təsadüf etməsi diqqət çəkir.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya partlayışın terror aktı olduğunu bildirib. O, Fransadan partlayışlarla bağlı hərtərəfli araşdırma aparılmasını tələb edib .

TASS xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində baş verən partlayışlar terror aktının bütün əlamətlərinə malikdir. Biz Fransadan təhqiqat üçün hərtərəfli və sürətli tədbirlər, habelə Rusiyanın xarici nümayəndəliklərinin təhlükəsizliyini gücləndirmək üçün addımlar tələb edirik”

Orxan

Gununsesi.info