HƏMAS: - Fələstinli məhbuslar azad olunana qədər İsraillə danışıqlar aparılmayacaq

HƏMAS bəyan edib ki, fələstinli məhbuslar azad edilənə qədər İsraillə hətta vasitəçilər vasitəsilə də danışıqlar aparılmayacaq. İsrail 7-ci məhbus mübadiləsində Həmas tərəfindən azad edilən 6 israilli məhbusun müqabilində 620 fələstinlini azad etməyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişq İsrailin fələstinli məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarı onun vədlərindən yayınma və prosesi gecikdirmə siyasətinin göstəricisi olduğunu deyib.

Rişk bildirib ki, İsrailin “təslim mərasimi alçaldıcıdır” deməsi həqiqəti əks etdirmir.

HƏMAS məhbus mübadiləsinin yeddinci raundu çərçivəsində Qəzza zolağından altı israilli məhbusu azad etsə də, İsrail fələstinli məhbusların azad edilməsini dayandırdığını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi fələstinli məhbusların azad edilməsinin dayandırıldığını, çünki “onlardan İsrail məhbuslarını aşağılayan mərasimlər və təbliğat üçün istifadə edildiyini” açıqlayıb.

Bəyanatda Qəzza zolağındakı digər israilli məhbuslar təhvil verilməyənə qədər “602 fələstinli məhbusun” sərbəst buraxılmayacağı və təhvil-təslimlərin mərasimsiz həyata keçiriləcəyi bildirilib.

HƏMAS-a bağlı Məhbuslar Media Ofisi tərəfindən edilən açıqlamada, İsrailin 151-i ömürlük və ya uzunmüddətli həbs cəzasına məhkum edilmiş 620 fələstinli məhbusu azad edəcəyi açıqlanıb.

Orxan

Gununsesi.info