Çiro “Beşiktaş”dan gedir?

  • By Admin2
  • 06 İyun 2025 14:16

“Beşiktaş”ın futbolçusu Çiro İmmobile vətəninə qayıda bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici media yazır.

Belə ki, 35 yaşlı hücumçuya “Piza”dan təklif gəlib.

İtaliya B seriyasından A seriyasına yüksələn klub İmmobileyə 2 illik müqavilə və illik 3 milyon maaş təklif edib.

Qeyd edək ki, forvard ötən ildən “Beşiktaş”ın formasını geyinir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Çiro indiyədək “Sorrento”, “Yuventus”, “Siena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya”(Dortmund), “Sevilya”, “Latsio” klublarında çıxış edib.

Gununsesi.info