Şuşada bayram namazı qılındı - Fotolar

  • By Admin2
  • 06 İyun 2025 11:51

Bu gün Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

Gununsesi.info Azərtac-a istinadən xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.