“İnter” sabiq futbolçusunu baş məşqçi postuna gətirdi

  • By Admin2
  • 06 İyun 2025 13:11

Simone İnzaqi ilə yollarını ayıran “İnter”in yeni baş məşqçisi müəyyənləşib.

Gununsesi.info “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klub hazırda “Parma”da çalışan Kristian Kivu ilə anlaşıb.

Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Kristian Kivu futbolçu karyerası dövründə 7 il “İnter”də çıxış edib. 44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.