
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***12:04
Bakı şəhəri Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.
Gununsesi.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.