
Dubayda diametri bir mənzildən çox olmayan ultra nazik göydələn tikmək planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə layihənin memar və tərtibatçılarına istinadən xəbər verir.
Muraba Veil göydələninin hündürlüyü 380 metr, eni isə cəmi 22,5 metr olacaq ki, bu da ona düz şaquli plitə şəklini verəcək.
Bina İspaniyanın Pritzker mükafatı laureatı olan RCR Arquitectes memarlıq firması tərəfindən layihələndirilib.
73 mərtəbəli qüllədə iki-beş yataq otağı olan 131 mənzil yerləşəcək. Bütün mənzillər əkilmiş həyətin ətrafında qurulmuş ənənəvi ərəb evləri əsasında dizayn ediləcək.
“Biz binalarımızın əraziyə uyğun olmasına, onların yerləşdikləri əraziyə və mənzərəyə uyğun olmasına əmin olmaq istəyirik. Onlar təbiətlə ünsiyyət qurmalı və yerli mədəniyyət ab-havası ilə hopdurulmalıdırlar”- deyə RCR Arquitectes-in təsisçisi Rafael Aranda qeyd edib.
Binada spa, restoran, qalereya, kiçik tennis kortu və özəl kinoteatrın açılması planlaşdırılır. Göydələndəki mənzillərin qiyməti 4,9 milyon dollardan başlayır.
Bu yaxınlarda Dubay dünyanın ikinci ən hündür göydələni – 725 metrlik Burj Əzizi qülləsini tikmək qərarına gəlib. O, hündürlüyünə görə yalnız BƏƏ-nin ən böyük şəhərində yerləşən 828 metrlik Burj Xəlifədən sonra ikinci olacaq.
Şəbnəm