Muzdlu əsgərləri Putinə “top yemi” kimi satıb

Kim Çen In öz ordusunu Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsi üçün satıb. Şimali Koreya əsgərləri muzdlu top yemidir.

Gununsesi.info  xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyun deyib.

O, Milli Kəşfiyyat Xidmətinin deputatlara Ukraynaya qarşı müharibədə iştirak etmək üçün 3000-ə yaxın Şimali Koreya əsgərinin Rusiyaya göndərildiyini bildirməsindən bir gün sonra parlamentdə bu barədə açıqlama verib: “Qoşunlar xaricə göndərilərkən, adətən, öz ölkələrinin komandanlıq zəncirini qoruyur və qürurla tədbirləri öz geyim forması, fərqlənmə nişanları və bayrağı ilə keçirir”.

Onun sözlərinə görə, Şimali Koreya rus geyimində maskalanıb və heç bir əməliyyat səlahiyyəti olmadan Rusiya hərbi komandanlığı altında fəaliyyət göstərir.

 

 

 

Gununsesi.info