
Çilidə 6,6 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmik hadisənin episentri 120 min nəfərdən çox əhalisi olan Kopiapo şəhərindən 100 km şimal-qərbdə yerləşir. Zəlzələnin ocağı 98 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.