Ukrayna Rusiyaya qarşı yeni hücum planlaşdırır

  • By Günel
  • 06 İyun 2025 19:50

“Ukrayna yük konteynerlərində gizlədilən pilotsuz təyyarələrdən istifadə edərək Sakit Okeanda Rusiya hərbi gəmilərinə hücum etməyi planlaşdırır”.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “The Washington Post” Ukrayna kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya və onun müttəfiqlərinə qarşı əməliyyatlar hazırlayır.

Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək toru” adlı irimiqyaslı əməliyyat keçirmişdi. Həmçinin iyunun 6-da isə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.

Gununsesi.info