Şahramanyan yenə dindirildi

  • By Günel
  • 06 İyun 2025 21:49

Erməni separatçıların sonuncu lideri Samvel Şahramanyan bu gün Ermənistan İstintaq Komitəsi tərəfindən yenidən dindirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan bildirib.

Ermənistan KİV-in məlumatına görə, Şahramanyan şahid qismində dindirilib. Hüquq-mühafizə orqanları təfərrüatları açıqlamır.

Samvel Şahramanyanın son həftələrdə 44 günlük müharibə ilə əlaqədar üç ayrı cinayət işi üzrə 5 dəfə dindirildiyi qeyd olunub.

Gununsesi.info