Sabunçuda yanğın oldu

  • By Günel
  • 06 İyun 2025 19:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə məişət tullantıları yığılmış sahədə baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Gununsesi.info