Bakı-Şamaxı yolu bu səbəbdən bağlandı - VİDEO

  • By Günel
  • 07 İyun 2025 08:50

BakıŞamaxı-Yevlax avtomobil yolunun bir hissəsi sel səbəbindən bağlanıb.

Gununsesi.info Baku TV-yə istinadla xəbər verir ki, gün ərzində yağan aramsız güclü yağışlar nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

Yolda iri gölməçələr yaranıb. Sürücülər bildiriblər ki, bu hal tez-tez təkrarlanır. Bəzi avtomobilləri isə evakuatorla aparıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Baku TV-nin süjeti təqdim edir:

Gununsesi.info