Türkiyədə bələdiyyə sədrini “tok” vurdu: ağır yaralıdır - FOTO

  • By Günel
  • 07 İyun 2025 08:44

Türkiyənin Manisa bələdiyyəsinin sədri Ferdi Zeyrek evində elektrik cərəyanı vurması nəticəsində ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Məlumata gərə, evində ilkin müdaxilədən sonra bələdiyyə başçısı xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.