
Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müsüslü yol dairəsi yaxınlığında baş verib.
1982-ci il təvəllüdlü Surxay Kərəm oğlu Nəcəfov idarə etdiyi “KİA” markalı minik avtomobilində qəfildən halı pisləşib, huşunu itirib və sükan arxasında keçinib. İlkin ehtimala görə, ölümə ürək tutması səbəb olub.
Məlumata görə, mərhum Gəncə şəhərində çalışan yüksək vəzifəli məmurun kürəkəni olub.
Faktla bağlı araşdırma aparılır.