
Mingəçevirdə faciəvi hadisə baş verib.
Gununsesi.info -nun məlumatına görə hadisə şəhərin 20 Yanvar küçəsi, 6 nömrəli ünvanda qeydə alınıb.
Mənzildə 1961-ci il təvəllüdlü Babayev Mustafa və arvadı 1962-ci il təvəllüdlü Babayeva Sayalının meyitləri tapılıb. İlkin ehtimala əsasən, əvvəl qadın, daha sonra isə kişi dünyasını dəyişib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.