Zelenski Kanadada Trampla görüşməyi planlaşdırır - YENİLƏNDİ

  • By Günel
  • 06 İyun 2025 21:37

Ukrayna Prezident Adminstrasiyasının rəhbəri Andrey Yermakın ABŞ-yə səfəri prezidentlər Donald Tramp və Volodimir Zelenski arasında G7-də keçiriləcək görüşə hazırlıq idi.

Gununsesi.info xəbər verir ki, telekanallara açıqlamasında A.Yermakın özü belə deyib.

PA rəhbəri onu da əlavə edib ki, bu görüş 10 gün sonra Kanadada baş tutacaq.

***

Ukrayna Prezidenti Volodimir Zelenski “Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Qeyd olunub ki, Yermakın Vaşinqtona səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüşü üzərində işləyib.

“Bizim səfərimiz, xüsusən Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi”, – o bildirib.

G7 sammiti 2025-ci il iyunun 15-17-də Kanadanın Alberta vilayətində keçiriləcək.

Gununsesi.info