
Rusiya Ordusunun Ukraynanın Xarkov şəhərinin Kiyevski rayonunda evə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Kiyevski rayonunda iki “Şahid” dronunun zərbəsi qeydə alınıb – biri fərdi evdə, biri isə ali təhsil müəssisəsinin ərazisində.
Eyni zamanda Xarkov vilayətinin Hərbi və Mülki Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, düşmənin pilotsuz təyyarəsinin Kiyev rayonuna endirdiyi zərbə nəticəsində 3 nəfər yaralanıb. Mərkəzə və Osnovyanski rayonuna endirilən zərbələr nəticəsində daha 7 nəfər xəsarət alıb.
***
İyunun 7-nə keçən gecə Rusiya ordusu genişmiqyaslı müharibənin bütün dövrü ərzində Xarkova ən kütləvi hücum həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov və Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Məluamata görə, şəhərə PUA-lar, idarə olunan bombalar və raketlərlə zərbələr endirilib. Təxminən iki saat ərzində Xarkovda ən azı 55 partlayış baş verib, yanğınlar başlayıb.
Kütləvi hücum zamanı azı 1 şəhər sakini ölüb, xeyli sayda yaralıların olduğu bildirilir. Xəsarət alanlar arasında 14 yaşlı yeniyetmə qız da olub.