
Əfqanıstanın Lağman vilayətinin hakimiyyət orqanları mediada insanların, heyvanların və hər hansı digər canlıların təsvirlərini qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi məlumat yayıb.
Lağmanda RTA dövlət telekanalı və dörd özəl radiostansiya fəaliyyət göstərir. Qadağanın həmin KİV-lərin sosial şəbəkə səhifələrinə də şamil ediləcəyi dəqiqləşib.
Son dörd ildə Taliban hakimiyyəti ölkədə əyləncə və idman fəaliyyətlərinə qoyulan məhdudiyyətləri xeyli artırıb. Məsələn, Əfqanıstanda Şahmat Federasiyasının fəaliyyətini dayandırıb.