Almaniya müdafiə naziri: Ukraynaya qoşun göndərə bilmərik

“Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsi gündəmdə deyil. Almaniya qoşunlarının orada yerləşdirilməsi yalnız beynəlxalq mandat çərçivəsində mümkündür”.

Gununsesi.info xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.

“Belə bir yerləşdirmə üçün Bundesverə (Müdafiə Nazirliyi) Bundestaqın (parlamen) icazəsi lazımdır. Bu, yalnız kollektiv mandatın himayəsi altında, yəni Avropa İttifaqı, NATO və ya BMT çərçivəsində mümkündür. Amma hələlik heç bir təşəbbüs yoxdur”, – nazir bildirib.

Bunula belə, Pistorius nazir Almaniya hökumətinin analoji təşəbbüslə çıxış edə biləcəyini istisna etməyib:

“Amma hələlik bu addımı ata bilmərik. Əvvəlcə daimi atəşkəsin necə təmin olunacağına dair razılığa gəlməliyik”.

Onun sözlərinə görə, indi BMT-dən mandat almaq və ya oxşar əməliyyata başlamaq vaxtı deyil: “Müttəfiqlərimizlə bu barədə düşünürük, ancaq hazırda sülhməramlı qoşunlardan danışmırıq”.

Müdafiə naziri gələcəkdə alman qoşunlarının Ukraynada potensial mövcudluğu ilə bağlı suala birbaşa cavab verməyib:

“Deyə bilmərəm, çünki mümkün yerləşdirmənin şərtləri hələ də tam bəlli deyil. Yenə deyirəm ki, məcburi şərt beynəlxalq kollektiv müdafiə üçün mandatdır”.

Gununsesi.info