İraqda girov götürülmüş rus qadın terrorçulularla dəyişdiriləcək

Həm Rusiya, həm də İsrail vətəndaşı olan tədqiqatçı Yelizaveta Surkova yaxın 7-10 gün ərzində girovluqdan azad edilə bilər.

Gununsesi.info “The Times of Israel”ə istinadən xəbər verir ki, onun İraq həbsxanasında olan bir iranlı məhbus və ABŞ-yə məxsus obyektlərə qarşı terror hücumlarında ittiham olunan digər altı nəfərlə dəyişdiriləcəyi bildirilir.

Xatırladaq ki, Yelizaveta Surkova iki il əvvəl İraqda girov götürülüb.