Ərdoğan və xanımı Azərbaycanın “Zəfər” şou-kompozisiyasını izlədi - FOTOLAR - VİDEO - YENİLƏNDİ

May ayının 24-də festivalın xüsusi proqramında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı xanım Əminə Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi möhtəşəm “Zəfər” şou-kompozisiyasını izləyiblər.

Gununsesi.info xəbər verir ki, məlumatı Azərbaycanın Dövlət Sərhəd xidmət yayıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim türk törəsi, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyətini, süvarilik sənətini və milli ruhu əks etdirən proqram Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğan və xanımı tərəfindən böyük marağa səbəb olmuş, ayaq üstə alqışlayıblar.

Nümayəndə heyətimiz Türkiyə rəhbərliyinin “Zəfər” şou-kompozisiyasını böyük maraqla izləməsini, göstərilən yüksək diqqəti məmnunluq və qürur hissi ilə qarşılayıb.

Qeyd edək ki, 25 may tarixində Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək və bununla da VII Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başa çatacaq.

***

İstanbulda davam edən VII Etnospor Beynəlxalq Mədəniyyət Festivalı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətinin “Zəfər” şou-kompozisiyasını izləyib.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə bu barədə görüntülər yayılıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

Proqram Türkiyə Prezidenti və Əminə xanım tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, mayın 25-də Azərbaycan nümayəndə heyətinin növbəti çıxışı keçiriləcək.

Gununsesi.info