
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) əsir götürülmüş ukraynalı hərbçilərin Rusiya ordusu tərəfindən edam edilməsi ilə bağlı 150-dən çox faktı qeydə alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sözügedən qurumun yaydığı bəyanatda deyilir.
“Döyüş meydanında edamların sayı artır: bir çox hallarda əsirlərin öldürülməsi ilə bağlı birbaşa göstərişlərin verilməsi faktı qeydə alınıb”, – açıqlamada qeyd olunur.
Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi bunların Rusiya rəhbərliyinin məqsədyönlü siyasətinin tərkib hissəsi olduğunu iddia edib.