Ərdoğan İstanbulda suriyalı həmkarı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Suriya nümayəndə heyətində xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat təşkilatının rəhbəri də yer alıb.